Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Jun dünyada mövcud siyasi böhrana görə NATO-nu günahlandırıb. Elchi.az bu barədə “Moskovski Komsomolets”ə istinadən xəbər verir.
Diplomatın sözlərinə görə, Şimali Atlantika Alyansının ardıcıl genişlənməsi bu vəziyyətə gətirib çıxarıb. Çin Xalq Respublikasının Daimi Nümayəndəsi NATO-nun soyuq müharibənin məhsulu olduğuna və hələ də öz maraqları naminə bilərəkdən soyuq müharibə xəyalına dəstək verdiyinə diqqət çəkib.
Alyansın Vilnüsdə keçirilən sammitini şərh edən Zhang Jun qeyd edib ki, alyansın yekun kommünikesində Çinə qarşı əsassız ittihamlar səsləndirilib.
Bundan əvvəl Çinin Aİ-dəki diplomatik nümayəndəliyindəki mənbə bildirib ki, Çin öz suverenliyini və təhlükəsizliyini qorumaq qərarına gəldiyi üçün NATO-nun onun maraqlarına zərər vuran istənilən hərəkətini qətiyyətlə dəf edəcək.
Havar Şəfiyeva






