Departament qeyd edib ki, Pekin Ukrayna münaqişəsini qızışdırmaqla məşğul deyil.
Elchi.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin Pekinin Ukraynada xüsusi hərbi əməliyyat keçirmək üçün çeçen bölmələrini silah və texnika ilə təmin etməsi ilə bağlı iddiaları təkzib edib və qeyd edib ki, Çin Ukrayna münaqişəsini qızışdırmır, ancaq sülh yolu ilə nizamlanma prosesini axtarır.
Diplomat Ukraynadan olan jurnalistin Çindən Çeçenistandan hərbçilərə zirehli texnikanın tədarükü ilə bağlı xəbərləri şərh etmək istəyinə cavab verərkən deyib: “Mənim sizin danışdığınız açıq sübutlar haqqında heç bir fikrim yoxdur.
Venbin vurğulayıb ki, Pekin Ukraynadakı münaqişə ilə bağlı “həmişə obyektiv və ədalətli mövqeyə sadiqdir” və dinc dialoqa çalışır.
Şayəstə Hüseynova




