CASC: Çin təkrar istifadə edilə bilən kosmik gəminin uğurlu sınaqdan keçirildiyini bildirdi.
Elchi.az xəbər verir ki, Çin Kosmik Elm və Texnologiya Korporasiyasına (CASC) istinadən xəbər verir ki, mayın 8-i bazar ertəsi səhər Çin eksperimental təkrar istifadə edilə bilən kosmik gəmi Yerə qayıdıb, o, orbitdə 276 gün qalıb.
Korporasiyanın məlumatına görə, uğurlu sınaq Çinin təkrar istifadə edilə bilən kosmik gəmilər sahəsində “böyük sıçrayışı” olub.
Qeyd olunur ki, aparat 2022-ci il avqustun 5-də Ciuquan kosmodromundan buraxılıb.
Şayəstə Hüseynova






