Çin Ukraynaya humanitar yardım göndərib.
Elchi.az-ın “Welt”ə istinadən verdiyi xəbərə görə, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ukraynaya təxminən 720 min avro dəyərində humanitar yardım göndərilib.
Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian bildirib ki, ərzaq və gündəlik tələbat malları da daxil olmaqla, ilk yük bu gün Ukraynanın Qırmızı Xaç Cəmiyyətinə göndərilib.
Qeyd olunub ki, yaxın zamanda daha çox yardım göndəriləcək.






