Çin Ukraynada humanitar vəziyyəti yumşaltmağa çalışacaq. Elchi.az xəbər verir ki, belə bir vədi Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin verib. Bu barədə Lent.ru məlumat yayıb.
“Çin Ukraynada humanitar vəziyyətin yumşaldılmasında özünəməxsus şəkildə konstruktiv rol oynayıb, biz Ukraynadakı humanitar vəziyyətlə bağlı altı bəndlik təşəbbüs də daxil olmaqla təkliflər irəli sürmüşük, həmçinin bir neçə humanitar yardım göndərmişik”, – deyə o bildirib.
Onun sözlərinə görə, Pekin bu istiqamətdə öz səylərini davam etdirməyə hazırdır.
Bundan əvvəl Çin Ukraynadakı münaqişənin həllinə kömək edəcəyinə söz vermişdi. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çeng Yikun bildirib ki, Pekin danışıqları və siyasi həlli təşviq edəcək.
Havar Şəfiyeva






