Çin Avstraliyaya xəbərdarlıq edib ki, Cənubi Çin dənizinə hərbi gəmilər yerləşdirərkən “çox ehtiyatlı” hərəkət etsin. Çin rəsmisi Liu, “Avstraliya hökumətini və ordusunu bu sahədə (Cənubi Çin dənizində) çox ehtiyatlı davranmağa çağırırıq” -deyib.
Elchi.az bu barədə “Haber Global”a istinadən xəbər verir.
Çin Kommunist Partiyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Liu Ciençao Sidney Universitetində etdiyi çıxışda “Avstraliya hökumətini və ordusunu bu sahədə (Cənubi Çin dənizində) çox ehtiyatlı davranmağa çağırırıq”-deyib.
Avstraliyanı Cənubi Çin dənizinə döyüş gəmiləri yerləşdirməsi ilə bağlı xəbərdarlıq edən Liu, mümkün kiçik bir qəzanın səbəb ola biləcəyi vəziyyət yaxşı idarə edilməzsə, gərginliyin arta biləcəyini ifadə etdi.
Avstraliyanın Çin döyüş gəmisinin Yaponiya ərazi sularında iki Avstraliya donanmasının dalğıcını yüngül şəkildə yaraladığı iddiası ilə bağlı Liu, sözügedən hadisənin Yaponiya ərazi suları xaricində baş verdiyini vurğuladı.
Liu, Çin döyüş gəmisinin heç bir zərər vermədiyinə dair mövqeyini təkrarladı.
Nuranə Məmmədova






