Çin və Rusiyanın dünən Yaponiya dənizində başa vurduqları 4 günlük birgə təlimdən sonra Sakit Okeanda birgə dəniz və hava patrulları təşkil edəcəyi gözlənilir.
Elchi.az xəbər verir ki, “Global Times” qəzetinin xəbərinə görə, Çin və Rusiya birgə təlim bitdikdən sonra dəniz və havada birgə patrul fəaliyyətinə başlamağı planlaşdırır.
Çin Xalq Azadlıq Ordusunun mətbuata açıqlamasında iki ölkənin donanması və hava qüvvələrinin iştirak etdiyi hərbi manevrlə məqsədyönlü təlimlərin tamamlandığı bildirilib.
Çin Xalq Azadlıq Ordusunun bəyanatında qeyd olunub ki, təlimin bağlanış mərasimi 4 gün ərzində komanda mərkəzi olan “Qiqihar” hərbi gəmisində keçirilib.
Ekspertlər 4 gün davam edən “Şimal/Qarşılıqlı Fəaliyyət-2023” adlı birgə təlimin iki ölkənin təhlükəsizlik təhdidlərinə qarşı yüksək səviyyəli hərbi əməkdaşlığını göstərdiyini şərh ediblər.
Mütəxəssislər bildirirlər ki, birgə dəniz və hava patrulları Çin və Rusiya arasında strateji əməkdaşlığın güclənməsinin daha bir göstəricisidir.
Nuranə Məmmədova




