Çin Fukusima İn-Dai Atom Elektrik Stansiyasında toplanan radioaktiv tullantı sularını axıdmaq planına görə Yaponiyadan dəniz məhsullarının idxalını qadağan edib.
Elchi.az South China Morning Post-a istinadən xəbər verir ki, , Baş Gömrük İdarəsi tərəfindən edilən açıqlamada, təxliyyə planının “qeyri-kafi” olduğu, bu səbəbdən təhlükəsizliyin təmin edilməsi üçün “bütün lazımi tədbirlərin” görüləcəyi bildirilib.
Çinin riskli qida məhsullarının idxalının qarşısını almağa davam edəcəyi bildirilən açıqlamada Yaponiyadan dəniz məhsulları idxalının qida təhlükəsizliyi səbəbiylə qadağan edildiyi qeyd edilib.
Açıqlamada Yaponiyanın müxtəlif bölgələrindən gətirilən qida məhsullarının, xüsusilə də dəniz məhsullarının sertifikat sənədlərinin yoxlanılmasının keçmişlə müqayisədə daha sərt olacağı vurğulanıb.
Şayəstə Hüseynova




