
Fevralın 1-də sutka ərzində respublikanın daxili işlər orqanları tərəfindən 113 cinayət faktı qeydə alınıb, onların da 25-nin üstü “isti izlər”lə açılıb.
DİN-dən Elchi.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.






