Çin 1961-ci ildən bəri ən isti günlərini yaşayır və son günlər temperatur 35 dərəcəyə çatıb.
Elchi.az “CNN”-ə istinadən xəbər verir ki, son 6 ayda ölkədə rekord yüksək temperatur qeydə alınıb.
Milli İqlim Mərkəzinin verdiyi açıqlamada bu il ölkədə əvvəlki illərlə müqayisədə dörd daha təsirli isti dalğasının olduğu bildirilib.
Çin Meteorologiya İdarəsinin rəhbəri Cou Bing bildirib ki, həddindən artıq istilər El Nino hava hadisələri ilə bağlıdır və buna görə də yayda ölkənin cənubunda yağıntıların artması, şimalda isə quraqlıq müşahidə olunur.
Ölkənin şimalında temperaturun daha da yüksələcəyi gözlənilir.
Nuranə Məmmədova






