Çinin Çunqinq şəhərində leysan yağışların səbəb olduğu daşqınlarda 15 nəfər həyatını itirib, 4 nəfər isə itkin düşüb.
Elchi.az xəbər verir ki, Çinin cənub-qərbində yerləşən Çunçinqdə günlərlə davam edən leysan yağışların səbəb olduğu daşqınlar insan tələfatına səbəb olub. Yerli hakimiyyət 30 milyon əhalisi olan şəhərdə ən azı 15 nəfərin həyatını itirdiyini, 4 nəfərin isə itkin düşdüyünü açıqlayıb.
Daşqından ən çox zərər çəkən Vançjou bölgəsinə 2500-dən çox şəxsi heyət yerləşdirilib. On minlərlə insan evlərindən təxliyə edilərkən, gölə çevrilən küçələrdə qapalı qalanlar qayıqlarla xilas edilib. Seldən sonra palçıqla örtülmüş bəzi ərazilərdə təmizlik işlərinə başlanılıb. Çin Prezidenti “Xi Jinping” səlahiyyətlilərə sakinlərin təhlükəsizliyini qorumağa və itkiləri minimuma endirməyə üstünlük verməyi əmr edib.
Nuranə Məmmədova




