Çinin Tyantszin şəhərində 114 nəfərin öldüyü böyük partlayışda evləri ziyan görən sakinlər etiraz aksiyası keçirərək, təzminat tələb ediblər
Musavat.com xəbər verir ki, rəsmilərin mətbuat konfransı təşkil etdiyi otelin qarşısına toplaşan etirazçılar partlayan kimyəvi maddələr yığılmış anbarın evlərinə qanunda nəzər tutulandan daha yaxın bir məsafədə tikildiyini iddia ediblər.
Partlayışlar mayın 12-də natrium sianid dolu bir anbarda meydana gəlmişdi.
Həmin anbar qanuna görə, yaşayış evlərindən 1 kilometr uzaqlıqda inşa edilməli idi, lakin bu məsafə 500 metr olub.
Qeyd edək ki, otelin qarşısında etiraz edənlər evlərinə görə təzminat tələb ediblər və artıq təhlükəsiz olduğu qeyd edilsə də, evlərinə qayıtmağı rədd edəcəklərini bildiriblər.
Aygün Səfərli,
Müsavat.com





