Çin Xalq Respublikasının Dövlət Təhlükəsizliyi Nazirliyi Böyük Britaniyanın xarici kəşfiyyat xidməti MI6 üçün casusluq işi üzrə əcnəbi vətəndaşın saxlanıldığını açıqlayıb.
Elchi.az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.
Çin departamentinin məlumatına görə, Huang soyadlı xarici konsaltinq təşkilatının saxlanılan rəhbəri dövlət sirləri ilə bağlı sənədləri Britaniya kəşfiyyatına təhvil verib.
Çin tərəfi əmindir ki, əcnəbi Böyük Britaniyada müvafiq təlim keçib. Xəbərdə deyilir ki, casus avadanlığı ilə təchiz edilmiş Huanq Mİ6-nın göstərişi ilə Çinə gəlib.
Yeganə






