Çinin cənubunda qəzaya uğrayan “Boeing 737” sərnişin təyyarəsində olan 132 nəfərin hamısı həlak olub.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Hava gəmisinin göyərtəsində 123 sərnişin və 9 heyət üzvü olub.
Martın 21-i MU5735 reysi ilə cənub-qərbdəki Kunminq şəhərindən Quançjou liman şəhərinə uçan təyyarə eniş zamanı Quanqsi bölgəsində sıx meşəlik əraziyə düşüb.






