Çinə təsir edən soyuq dalğa ölkəni ağ rəngə bürüdü.
Elchi.az xəbər verir ki, Çinə təsir edən soyuq dalğa güclü qar yağmasına səbəb olub. Ölkədə küçələr ağ rəngə bürünərkən, magistral yollar nəqliyyata bağlanıb.
Həftə sonu Çinə təsir edən soyuq dalğa paytaxt Pekində də daxil olmaqla bir çox şəhərdə səlahiyyətliləri narahat edib. Ölkə ərazisində yağan güclü qar səbəbindən küçə və prospektlər ağ örtüklə örtülüb. Buzlanma səbəbindən səlahiyyətlilər bəzi magistral yolları nəqliyyatın hərəkəti üçün bağlayıb.
Henan əyalətində yolların buz bağlaması və sıx duman səbəbindən magistral yollarda çoxlu qəzaların baş verdiyi bildirilib. Ningxia Hui Muxtar Bölgəsində və Qansu əyalətində bəzi magistral yollar nəqliyyat üçün bağlansa da, qatarların hərəkəti də dayandırılıb. Bu həftə sonu temperaturun mənfi 6 dərəcədən aşağı düşəcəyi gözlənilən ölkənin maliyyə mərkəzi Şanxayda bu səhərdən etibarən bərə və bəzi avtobusların hərəkəti dayandırılıb. Bələdiyyələr qar səbəbindən bağlanan yolları açmaq üçün iş maşınları ilə intensiv təmizləmə işlərinə başlayıb.
Şayəstə Hüseynova






