Çinin Jiangsu əyalətində baş verən tornado nəticəsində 5 nəfər ölüb, 4 nəfər yaralanıb. Tornadodan 5512 nəfər zərər çəkdiyi halda, 1646 evə ziyan dəyib.
Elchi.az xəbər verir ki, Çinin şərqindəki Suqian şəhərində tornado baş verib.
Avtomobillər tornado tərəfindən uçurularkən, elektrik xətləri sıradan çıxıb və yer döyüş bölgəsinə çevrilib.
Qəzalarda 4 nəfərin öldüyü, 5 nəfərin yaralanaraq xəstəxanaya yerləşdirildiyi açıqlanıb.
İlkin məlumata görə, tornadodan 5512 nəfər zərər çəkib, 1646 evə ziyan dəyib, 405 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib.
Şəhərin fövqəladə hallar idarəsinin məlumatına görə, 41,8 hektar əkin sahəsinə də ziyan dəyib.
Şayəstə Hüseynova





