Şimal-qərbdə baş verən zəlzələ qurbanlarının sayı Çin artaraq 111 nəfərə çatıb.
Beləliklə, Qansu əyalətində ölənlərin sayı 100 nəfərə, Çinxay əyalətində isə 11 nəfərə çatıb.
Elchi.az xəbər verir ki, bu barədə TASS Çin Mərkəzi Televiziyasına istinadən məlumat yayıb.
Çin prezidenti Xi Jinping insanların axtarışı və xilas edilməsi, eləcə də Qansuda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün səyləri göstərməyi tapşırıb. Dekabrın 18-də axşam saatlarında Çinin şimal-qərbində, Qansu əyalətinin Cişişan-Baoan-Dunsyan Salar Muxtar Dairəsində 6,2 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanların episentri Lançjou şəhərindən 101 kilometr cənub-qərbdə yerləşib. Çin hakimiyyəti zəlzələ ilə bağlı dörd fövqəladə reaksiya səviyyəsindən ikincisini tətbiq edib. Qansu əyalətində ümumilikdə 1,4 mindən çox yanğınsöndürən və xilasedici var.
Nuranə Məmmədova






