Çin ABŞ-ı fentanil məsələsindən Çin şirkətlərinə və ya vətəndaşlarına sanksiya tətbiq etmək, onlara qarşı ittihamlar irəli sürmək və özbaşına həbslərlə onları tələyə salmaq üçün mükafatlar elan etmək fürsəti kimi istifadə etməyi dayandırmağa çağırır.
Elchi.az News.cn-ə istinadən bildirir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi məlumat verib.
Xatırladaq ki, ABŞ Ədliyyə Departamenti cümə günü bir neçə Çin şirkəti və onların işçilərini fentanil prekursorlarının istehsalı, paylanması və satışı ilə bağlı cinayətlərdə ittiham edib.
Yeganə





