Çinə qarşı əsassız ittiham və şübhələrə qarşıyıq, heç bir təzyiq və ya məcburiyyəti qəbul etməyəcəyik. Zaman Çinin tarixin doğru tərəfində olduğunu göstərəcək.
Bu sözləri Çinin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın maliyyə naziri Canet Yellenin Rusiyaya qarşı sanksiyalara əməl etməyən ölkələrə qarşı təhdidinə cavabında deyib.
Sözçü qeyd edib ki, bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir, lakin Rusiyanın qanuni təhlükəsizlik narahatlıqları da nəzərə alınmalıdır.
Qeyd edək ki, ABŞ-ın maliyyə naziri Canet Yellen Vaşinqton və müttəfiqlərinin Moskvaya və Rusiya Prezidenti Vladimir Putinə qarşı sanksiyalara əməl etməyən ölkələrə laqeyd qalmayacağı mesajını verib.






