Çin lideri Si Tszinpin Rusiya prezidenti Vladimir Putinə Ukraynada nüvə silahından istifadəyə etməməsinə görə xəbərdarlıq edib. Elchi.az xəbər verir kiBu barədə Financial Times (FT) Qərb və Çin rəsmilərinə istinadən xəbər verir.
Qeyd olunur ki, Putin və Si Cinpin Çin liderinin 2023-cü ilin martında Moskvaya səfəri zamanı bu məsələni müzakirə ediblər. Onların fikrincə, bu vəziyyət Çin dövlətinin başçısının Moskvanın iqtisadi və ticarət dəstəyinə baxmayaraq, Ukrayna münaqişəsindən narahat olduğunu göstərir.
Çin rəsmisi bildirib ki, Pekinin nüvə silahı ilə bağlı mövqeyi ÇXR-in Ukraynadakı vəziyyətin sülh yolu ilə nizamlanması planına daxil edilib.
Bundan əvvəl Ağ Ev bəyan edib ki, ABŞ Rusiyanın Ukraynada və ya qitədə, istər taktiki, istərsə də strateji silahlardan istifadə etmək niyyətində olduğuna dair heç bir əlamət görmür.
Havar Şəfiyeva






