"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Çinin sədri Azərbaycana səfər edəcək

14 Sentyabr 2017 - 12:03
in SİYASƏT
    
Çinin sədri Azərbaycana səfər edəcək

Azərbaycanın Çinə yeni təyin olunan səfiri Əkrəm Zeynallı etimadnamələrini bu ölkənin sədri Si Cinpinə təqdim edib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, etimadnamələrin təqdim edilməsi mərasimi çərçivəsində yeni təyin olunmuş səfirin S.Cinpinlə apardığı söhbət zamanı Ə.Zeynallı Azərbaycan Prezidenti İlham Əliyevin ən səmimi salamlarını və xoş arzularını Çinin dövlət başçısına çatdırıb.

Ölkəsinin Çinlə münasibətlərinə xüsusi əhəmiyyət verdiyini və ikitərəfli əlaqələri bütün istiqamətlər üzrə inkişaf etdirməkdə maraqlı olduğunu bildirən səfir, Azərbaycan Prezidenti İlham Əliyevin S.Cinpini ölkəmizə rəsmi səfərə dəvət etdiyini xatırladıb.

Azərbaycan Hökumətinin Çin Xalq Respublikasının sədri S.Cinpinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünü ciddi şəkildə dəstəklədiyinə diqqəti yönəldən səfir, ölkəsinin bu təşəbbüsün uğurla həyata keçirilməsinə xüsusi töhfə verməyə hazır olduğunu bildirib. İqtisadi sahədə əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu qeyd edən səfir Çin şirkətlərini Azərbaycanla daha sıx işləməyə dəvət edib. Söhbət zamanı Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan səfir Ə.Zeynallı, münaqişənin həlli ilə bağlı Çinin ədalətli mövqeyinə görə təşəkkürünü bildirib.

Səfiri yeni təyinatı münasibətilə təbrik edən S.Cinpin Azərbaycan Prezidentinin səmimi salamlarına və xoş arzularına görə təşəkkür edib, onun da salamlarını və xoş arzularını Azərbaycanın dövlət başçısına çatdırmasını səfirdən xahiş edib. Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabr ayında Çinə dövlət səfərini məmnuniyyətlə xatırladan S.Cinpin, həmin səfər çərçivəsində Azərbaycanın dövlət başçısı ilə birlikdə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün bir sıra vacib qərarlar qəbul etdiklərini bildirib və bu qərarların həyata keçirilməsi üçün Prezident Əliyevlə daha sıx işləməyə əzimli olduğunu vurğulayıb.

Azərbaycan Prezidentinin rəsmi səfərlə bağlı dəvətinə görə təşəkkür bildirən S.Cinpin, ölkəmizə rəsmi səfər etməkdən məmnun olacağını qeyd edib və hər iki tərəf üçün məqbul tarixlərin diplomatik kanallar vasitəsilə razılaşdırılmasını təklif edib. Söhbət zamanı Çin Xalq Respublikasının sədri S.Cinpin “Bir Kəmər, Bir Yol” təşəbbüsünü ciddi şəkildə dəstəklədikləri üçün şəxsən Prezident İlham Əliyevə və Azərbaycan Hökumətinə təşəkkürünü bildirib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

17 yaşlı iki yeniyetmə döyüldü

Next Post

“WhatsApp”la bağlı yenilik hamının ürəyincə olacaq – Təsadüfən göndərilən…

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

“WhatsApp”la bağlı yenilik hamının ürəyincə olacaq - Təsadüfən göndərilən...

Dövlət qulluğu haqqında qanunvericilik dəyişir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.