Çinin “Quança” nəşrinin oxucuları Rusiya prezidenti Vladimir Putinin Afrikanın yoxsul dövlətlərinə pulsuz ərzaq yardımı etmək qərarını yüksək qiymətləndiriblər.
Elchi.az bu barədə Mk.ru-ya istinadən bildirir.
“Bu, məsuliyyətli böyük bir gücdür”,-deyə sosial şəbəkə istifadəçilərindən biri fikirlərini bölüşüb.
Digər şərhçinin fikrincə, BMT və digər mexanizmlər lazımi rolu oynamadığından Moskva mənəvi cəhətdən yüksək mövqedə dayandı və öz qərarı ilə Qərbə güclü zərbə vurdu:
“Birləşmiş Ştatlar bəşəriyyətin çırağı olduğunu iddia edir, lakin aclıqdan istifadə edərək Afrika xalqlarını istismar etmək fürsətini əldən vermir. Vaşinqtonun şər dövlət adlandırdığı Çin və Rusiya isə əksinə, Afrikaya yollar çəkir, ərzaq çatdırır”.
Xatırladaq ki, Sankt-Peterburqda keçirilən Rusiya-Afrika sammitində Rusiya prezidenti Vladimir Putin Moskvanın Afrikanın ən ehtiyacı olan 6 ölkəsinə pulsuz ərzaq yardımı edəcəyini açıqlayıb.
Yeganə
Həmçinin oxuyun:




