"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Çip böhranı”: Avtomobillər və telefonlar bahalaşacaq – TƏHLİL

25 Oktyabr 2021 - 11:14
in XƏBƏR LENTİ
      “Çip böhranı”:    Avtomobillər və telefonlar bahalaşacaq –    TƏHLİL

Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Son aylarda dünyanı bürüyən müxtəlif adlı və çeşidli böhranların sırasına biri də əlavə olunub: Mikroçip böhranı. Daha doğrusu, bu, yeni böhran deyil, amma qlobal təsirini məhz indi göstərməyə başlayır. Onun nəticəsində televizordan tutmuş, avtomobilə qədər müxtəlif növ texnoloji qurğular buraxan şirkətlər istehsalı azaltmağa başlayıblar, bu isə əlbəttə ki, yaxın zamanlarda yeni qiymət artımlarına səbəb olacaq.Mikroçip – bizi əhatə edən praktik olaraq bütün müasir qurğuların vacib tərkib hissəsidir. Son vaxtlar dünyada mikroçip istehsalı ilə bağlı maraqlı vəziyyət yaranıb. Belə ki, bu sahədə qlobal monopolist Tayvanın Taiwan Semiconductor Manufacturing Company (TSMC) şirkətidir – bazarın 56% faizi onun nəzarətindədir. İkinci yerdə Güney Koreyanın Samsung şirkəti gəlir. Dünyanın avtomobil sənayesindən tutmuş, hərbi sənayeyə qədər yüzlərlə şirkəti məhz TSMC-dən çip alırdılar.

Maraqlıdır ki, ABŞ bu sahədə əməlli-başlı uduzur: Hazırda dünyadakı mikroçiplərin cəmisi 12%-i onun ərazisində istehsal olunur (1990-cı ildə bu rəqəm 37% idi). Üstəlik, Asiyanın texnoloji şirkətləri (TSMC və Samsung) hazırda 5 nanometrlik çiplər istehsal edir və texnologiyalarını daha da təkmilləşdirərək, 3 nanometrliyə keçməyə hazırlaşırlar. ABŞ isə hələ 7 nanometrliyə keçə bilməyib. “İntel”in 7 nanometrlik çiplər istehsal edəcək fabriki ən yaxşı halda gələn ilin sonlarında işə düşəcək. Nəticədə belə alınıb ki, bütün dünyada qabacıl texnologiya istehsalçıları Tayvan ilə Güney Koreyadan asılıdırlar. Onlarda isə böhrandır. Niyə?


Əslində mikrosxem istehsalı üçün tələb olunan material – silisium (rusca buna “kremnium”, ingiliscə “silicon” deyirlər) dünyada ən bol elementlərdən biridir. Yer qabığının 28%-i silisiumdan ibarətdir. Buna baxmayaraq, onun qiyməti son iki ayda 300% artıb, özü isə qəhətə çəkilib. İlk baxışdan absurd görünür: Qumdan alınan bir material niyə tapılmasın ki?! Məgər planetdə qum yoxdur?
Məsələ ondadır ki, qumdan metal silisium almaq işi ilə əsasən Çin məşğul olur. Çinin isə Tayvanla münasibətləri son dərəcə kəskinləşib – o səviyyədə ki, hətta siyasi şərhçilər həmin regionda Üçüncü Dünya Müharibəsinin başlaya biləcəyi haqında açıq şəkildə danışırlar. Buna qədər də ABŞ ilə Çinin arasındakı “ticarət müharibəsi” yarımkeçiricilər sənayesinə son dərəcə ağır təsir göstərmişdi.

İkinci səbəb odur ki, pandemiya dövründə mikroçip istehsalı azaldılıb (bu, evdə istehsal oluna biləcək bir məhsul deyil), tələbat isə kəskin artıb. Milyonlarla insan evdə oturub, müxtəlif qurğularla internetə qoşulanda yaranan yüklənmənin öhdəsindən gəlmək üçün əlavə mikroçiplər tələb olunurdu. Nəticədə, tələblə təklif arasında ağır disbalans yaranıb. Hazırda tələb təklifdən 30 faiz çoxdur. Nəticədə indi məlum olur ki, avtomobil sənayesində ağır şəkildə çip çatışmazlığı yaranıb, bazarda isə satıcı tapılmır.

Niyə məhz avtomobil? Çünki maşınlar “ağıllandıqca” çipə ehtiyacları artır. Müasir elektromobillərdə 10-15 il əvvəlki avtomobillərlə müqayisədə 5-6 dəfə çox mikroçipdən istifadə olunur. Və əgər “Huawei Technologies”, “Xiaomi” kimi şirkətlərin müəyyən qədər çip ehtiyatı vardısa, avtomobil konsernləri bu haqda fikirləşməyiblər. Nəticədə indi bir-birinin ardınca istehsalı azaltmaqla məşğuldurlar. “Toyota” ötən ay bəyan etdi ki, istehsalı 40 faiz ixtisar edəcək. Əgər əvvəlcə ilə 900 min avtomobil buraxmağı planlaşdırırdısa, indi o rəqəm 540 minə düşəcək. Eyni addımı “Volkswagen” atır. “Mercedes-Benz”, “General Motors”, “Ford” və “Nissan” da artıq konveyerlərinin sürətini 30-40 faiz azaldıblar.


“Mercedes EQS” modelinin cihazlar panelinə baxanda təsəvvür etmək çətin deyil ki, onun istehsalı üçün nə qədər çip tələb olunur

Əlbəttə ki, böhrandan əziyyət çəkən təkcə avtomobil konsernləri deyil. “Apple” bəyan edib ki, mikroçip çatışmazlığı səbəbindən 2021-ci ilin ikinci yarısında istehsalı 11% azaldır və nəzərdə tutulan 90 milyon əvəzinə, 80 milyon iPhone istehsal edəcək.

Yaxşı, bəs böhran nə qədər davam edə bilər?! Hazırkı proqnozlara görə, 2023-cü ilə qədər. Artıq sənayenin nəhəngləri mikroçip istehsalına böyük investisiyalar qoymağa başlayıblar. Bazarın əsas oyunçusu olan TSMC çip istehsalını genişləndirmək və təkmilləşdirmək məqsədilə yaxın 3 ildə $100 milyard dollar (ilə təxminən 30 milyard dollar) sərmayə yatıracağını bildirib. Almaniyanın Bosch şirkəti bir milyard avroya Drezdendə təcili olaraq maşınlar üçün mikroçiplər istehsal edəcək fabrik tikir (Ümumiyyətlə, Saksoniyanın özünün “Silisium vadisi” yaradılmaqdadır). “Intel” eyni addımı atmağa hazırlaşır. Və bu şirkətlərin hamısının rəhbərləri bir ağızdan bəyan edirlər: Böhran 2023-cü ildə bitəcək.

Bizim üçün bu, praktikada nə deməkdir? O deməkdir ki, ən azı bir il ərzində avtomobillərin və digər texnikanın qiyməti qalxacaq. Təxminən bir il dünyada texnoloji inkişaf ləngiyəcək. Amma ondan sonra qoyulan yüksək investisiyaların təsirilə daha sürətlə davam etməyə başlayacaq.
Lap sadə dillə desəm, yeni avtomobil və iPhone almaq planlarınızı 2023-cü ilin ortalarına qədər təxirə salmağınız çox ağıllı iş olar.


Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ senatoru Azərbaycanla bağlı bəyannamə imzalayıb

Next Post

BAXCP Ali Məclisinin videokonfrans formatında iclası keçirilib

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
BAXCP Ali Məclisinin videokonfrans formatında iclası keçirilib

BAXCP Ali Məclisinin videokonfrans formatında iclası keçirilib

Mehriban Əliyeva Qubadlıdan foto paylaşıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.