"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ÇL, 1/4 final: Münhendə erkən final

12 Aprel 2017 - 10:22
in İDMAN

ÇL, 1/4 final: Münhendə erkən final

Bunu da oxuyun

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin daha 3 oyunu baş tutacaq. Apasport.az saytının məlumatına görə, Dortmundda baş vermiş partlayış səbəbindən bir gün sonraya təxirə salınan “Borussiya” – “Monako” matçı ilə yanaşı “Atletiko” (İspaniya) – “Lester” (İngiltərə) və “Bavariya” (Almaniya) – “Real” (İspaniya) görüşləri keçiriləcək.

Meydana ilk olaraq “Borussiya” və “Monako” çıxacaq. Görüş saat 20:45-də start götürəcək. Mövsümün sürpriz komandası “Monako” 1/8 final mərhələsində gözlənilmədən “Mançester Siti”ni üstələmişdi. Hazırda əla formada olan Knyazlıq klubu “böyük beşlik” ölkələrində ən çox qol vuran iki komandadan biridi. Bu da əsasən gənc futbolçularla mübarizə aparan “Borussiya”nın işinin asan olmayacağından xəbər verir. Bu cütlükdə kimisə favorit göstərmək çox çətindi. “Monako” məhsuldarlığını Almaniyada da nümayiş etdirib, cavab qarşılaşmasına sərfəli nəticə ilə çıxmağa çalışacaq.

Hər iki komandada problemlər kifayət qədərdi. “Monako”da Temue Bakayoko cəza, Qabriel Boşilya və Quido Karrilyo isə zədə səbəbindən “Siqnal İduna Park”da meydana çıxmayacaq. Almanlarda isə itki daha çoxdu. Erik Durm, Mario Götze, Andre Şürrle və Yakob-Brun Larssen baş məşqçi Tomas Tuhelin ixtiyarında olmayacaq. Bu azmış kimi, Şinji Kaqava, Marko Roys və Yulian Vayqlın da iştirakı sual altındadı. Üstəlik dünənki partlayışda yaralanan Mark Bartranın da meydana çıxmayacağı ehtimal olunur.

Daha sonra isə günün proqram üzrə baş tutmalı olan iki qarşılaşması oynanılacaq. Çempionlar Liqasının son finalçısı “Atletiko” İngiltərə çempionu “Lester”i sınağa çəkəcək. Ötən həftəsonu La Liqada “Real”dan səfərdə xal alan “Atletiko” yarımfinala daha yaxın hesab edilir. Ən azı təcrübə Dieqo Simeonenin yetirmələrini bir addım öndə göstərməyə şərait yaradır. Argentinalı mütəxəssisi əsas narahat edən məqam zədəli oyunçuların çox olmasıdı. Belə ki, Bernabe Barraqan, Nikolas Qaytan, Kevin Qameyro, Migel Anxel Moya, Tiaqo və Sime Vrsalko zədədən əziyyət çəkirlər. Ancaq onlardan hansının “Lester”lə görüşü buraxacağı hələlik məlum deyil.

İngilislərdə isə Ues Morqanla Molla Vaquenin meydana çıxmayacağı dəqiqdi.

Daha bir finala bərabər oyun “Bavariya” ilə “Real” arasında keçiriləcək. Hər iki komanda daxili birincilikdə ilk sırada qərarlaşır və çempionluğa olduqca yaxındı. Hətta çoxları bu cütlüyün qalibinin ÇL-i qazanacağını proqnozlaşdırır. “Real” turnirin son çempionu olsa da, cütlüyün favoriti “Bavariya” göstərilir. Çünki Münhen klubu hazırda əla formadadı. Komanda bunu Bundesliqanın ötən turunda Dortmund “Borussiya”sı ilə qarşılaşmada da nümayiş etdirdi.

Digər maraqlı məqam Karlo Ançelottinin keçmiş köməkçisi Zinəddin Zidanla rəqib olmasıdı. Hər iki mütəxəssisi zədəlilər narahat etməyə bilməz. Almanlarda Manuel Noyer və Tomas Müller bu səbəbdən son matçlarda iştirak etməyiblər. Klubun həkimləri onları “Real”la görüşə yetişdirməyə çalışırlar. Zidanın qayğıları isə daha çoxdu. Rafael Varandan sonra La Liqanın son turunda Pepenin də zədələnərək mövsümü qapaması həlledici anlarda heç yerinə düşmədi. Onların yoxluğunda müdafiənin mərkəzində kapitan Serxio Ramosa böyük oyun təcrübəsi az olan Naço tərəfdaşlıq edəcək.

Çempionlar Liqası. 1/4 final mərhələsi, ilk oyunlar

12 aprel

20:45. “Borussiya” (Dortmund, Almaniya) – “Monako” (Fransa)

Baş hakim: Daniele Orsato (İtaliya)

Dortmund, “Siqnal İduna Park”

22:45. “Atletiko” (İspaniya) – “Lester” (İngiltərə)

Baş hakim: Yonas Eriksson (İsveç)

Madrid, “Visente Kalderon” stadionu

22:45. “Bavariya” (Almaniya) – “Real” (İspaniya)

Baş hakim: Nikola Ritsoli (İtaliya)

Münhen, “Alyans Arena”

Elchi.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Abbas Abbasov yenidən Kremlin layihəsində – “Rusiyanın gizli namizədi” bilindi

Next Post

Artıq aydın olur ki, milli valyutamız… – Şərh

Bənzər yazılar

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

06 May 2024 - 21:27

Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az  xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

06 May 2024 - 15:40

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib. Elchi.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma...

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

06 May 2024 - 14:46

Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib. Elchi.az xəbər verir ki, “AHF Arena”da keçirilən turun mərkəzi oyununda “Azəryol”la “Kür” üz-üzə...

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

06 May 2024 - 11:03

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Elchi.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər...

Next Post

Artıq aydın olur ki, milli valyutamız... – Şərh

Avro bahalaşdı, dollar isə...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.