Bir müddət əvvəl ABŞ prezidenti Çin prezidentini “diktator” adlandırmışdı.
Elchi.az xəbər verir ki, CNN Vaşinqtondakı Çin diplomatik missiyasının nümayəndəsinə istinadən xəbər verir ki, Çin ABŞ prezidenti Co Baydenin Çin prezidenti Si Tszinpin haqqında dediklərini siyasi təxribat kimi qiymətləndirir.
Çin diplomatik missiyası qeyd edib ki, Amerika lideri əvvəllər ABŞ-ın Çin sistemini hər hansı formada dəyişmək istəyini inkar edib, lakin “Çin siyasi sistemi və ali liderlə bağlı son məsuliyyətsiz bəyanatlar Amerika tərəfinin səmimiyyətinə dair suallar yaratmaya bilməz”.
Eyni zamanda çinli diplomat Vaşinqtonu prezidentin sözlərindən əl çəkməyə çağırıb. Əks halda, onun sözlərinə görə, ABŞ nəticələri ilə üzləşəcək.
Şayəstə Hüseynova





