ABŞ prezidenti Co Bayden ictimaiyyət qarşısında çıxışı zamanı yalan danışıb, onun bioqrafiyasının doğumu, ailəsi və prezidentliyi dövründə ABŞ-ın dövlət borcunun iddia edilən azalması ilə bağlı faktları təhrif edib. Elchi.az xəbər verir ki, bu barədə “New York Post” yazır.
“Babam Bayden çox gənc, doğulduğum xəstəxanada, doğumumdan altı gün əvvəl vəfat etdi” – deyə prezident ABŞ-ın Milvaukee şəhərində elektrik istehsal edən zavodun işçiləri ilə danışarkən açıqlama verib. “NYP”nin məlumatına görə, hazırkı ABŞ prezidentinin babası onun doğumundan bir ildən çox əvvəl vəfat edib.
Havar Şəfiyeva






