ABŞ Dövlət katibi Con Kerri İsraildən ona qarşı səsləndirilən tənqidlərdən narahat olmadığını bildirib.

Kerri açıqlamasında atəşkəs əldə edilməsi barədə Benyamin Netanyahunun ondan istəyi olduğunu xatırladıb.
Kerri Netanyahunun bu istəyi qarşısında ABŞ Prezidenti və özünün atəşkəs əldə edilməsi üçün səy göstərdiklərini bildirib.
Dövlət katibi İsrailin hücumlarına haqq qazandıraraq vətəndaşların bu müharibədən az zərər görməsi üçün çalışdıqlarını vurğulayıb. /Axar.az/



