Senator Putinin Obama üzərində qələbə çaldığı qənaətindədir

Suriyadan qoşunlarını çıxaran Rusiya diqqətini Ukraynaya yönəldəcək. Bunu məhşur amerikalı senator Con Mekkeyn deyib.
ABŞ Konqresinin silahlı qüvvələr üzrə sədri, senator Con Makkeyn Rusiyanın Suriyadan qoşunlarını çıxzarmasına öz mövqeyini açıqlayıb.
C. Makkeynin sözlərinə görə, Rusiyanın Suriyadan qoşunlarını çıxarması onu deməyə əsas verir ki, Kreml bölgədəki münaqişə ilə bağlı yeni situasiyanın yaradılmasını başa vurdu. “Bununla da Moskva Suriyada Bəşər Əsəd üçün daha münasib bir şərait yaradaraq, onun mövqeyini möhkəmlətdi və hakimyyətinin ömrünü uzatdı”, – deyə senator vurğulayıb.
Makeyn Rusiyanın bundan sonra atacağı addımların onu narahat etdyini dilə gətirərək bildirib ki, Moskva bundan sonra bütün diqqətini Ukraynaya və digər bölgələrə yönəldəcək. Senator hesab edir ki, ola bilsin yazda Ukraynada münaqişə yenidən qızışsın və qanlı mərhələyə qədəm qoysun.
Senator eyni zamanda Rusiyanın hərəkətlərinə yumşaq mövqe sərgiləyən Barak Obama administrasiyasını kəskin tənqid atəşinə tutub.
Makkeyn təəssüflə qeyd edib ki, Rusiya Suriyada hərbi situasiyanı dəyişərək münaqişənin həllində özlərinin maraqlarına cavab verəcək səviyyədə yeni situasiya yarada bildi.
Rusiyanın bu addımını qələbə kimi qələmə verən Makkeyn qeyd edib ki, bununla da Obama administrasiyasının xarici siyasəti tamamilə iflasa uğramış oldu.