Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonu raket hücumu ilə hədələməsi ilə bağlı iddiaların yalan olduğunu bildirib.
Elchi.az xəbər verir ki, Consonun ittihamları BBC-nin Ukrayna böhranı ilə bağlı yeni sənədli filmində yer alıb.
Conson Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl telefon danışığında Putinin onu raket hücumu ilə hədələdiyini bildirib.
Dünən isə Peskov jurnalistlərə heç bir raket təhlükəsinin olmadığını deyib.
“Prezident Putin Rusiya Federasiyasının təhlükəsizliyinə təhdidlər elan edərkən bildirdi ki, Ukrayna NATO-ya daxil olarsa, NATO və ya Amerika raketlərinin sərhədlərimizdə potensial yerləşdirilməsi istənilən raketin bir neçə dəqiqə ərzində Moskvaya çata biləcəyi anlamına gələcək”.
Rusiya rəsmisi Consonun qəsdən yalan danışdığını və ya Putinin nə danışdığını anlamadığını iddia edib. Peskov əlavə edib ki, əgər sonuncu doğrudursa, insanlar Consonla bağlı narahat olmalıdırlar.
Yeganə
Həmçinin oxuyun:




