İngiltərə Baş naziri Boris Conson Fransa Prezidenti Emmanuel Makrona miqrant böhranına qarşı təcili hərəkətə keçməklə bağlı çağırış edib.
Çağırışa səbəb bir sutkada Fransadan İngiltərəyə keçən miqrantların sayının 1000-i keçməsi olub.
Məsələ ilə bağlı danışan B.Conson bununla bağlı Fransa hökumətinin hərəkətə keçməsinin vacibliyini vurğulayıb:
“Miqrantlar Fransadan gəlir. Nəticədə fransızlar bu keçidlərə nəzarət etmək niyyətində deyillərsə və ya nəzarət edə bilməyəcəklərsə, miqrantları dənizdə geri qaytarmaq bizim üçün çox çətindir. İngiltərə bunu təhlükəsiz şəkildə etmək istəyirik, lakin bu, çox çətindir”.




