"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Çorum və Füzuli şəhərləri qardaşlaşdı

07 Noyabr 2022 - 19:47
in SİYASƏT

Türkiyə səfiri və Türkiyə Çorum Bələdiyyəsinin nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində işğaldan azad edilən Füzulidə olublar. Qonaqlar rayon ərazisində ermənilər tərəfindən dağıdılan tarixi, dini və mədəni abidələrlə, həmçinin azad olunan yurd yerlərimizdə dövlətimiz tərəfindən aparılan tikinti quruculuq işləri ilə tanış olublar.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, nümayəndə heyətinin qonaqlarını Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov müşayiət edib. Qonaqlar əvvəlcə işğaldan azad olunan ərazidə şəhidlərin xatirəsinə ucaldılan abidəni ziyarət ediblər. Həmçinin işğal zamanı ermənilər tərəfindən minalarla çirkləndirilmiş ərazilərə baxış keçirilib. Daha sonra Qaraxanbəyli kəndi ərazisindəki kənd ərazisindəki qəbiristanlığa baxış keçirən qonaqlar ermənilər tərəfindən dağıdılan kənddə faşizmin izləri ilə yaxından tanış olublar. Nümayəndə heyətinə məlumat verilib ki, erməni vandalizmi nəticəsində kənd tamamilə məhv edilib. Həmçinin kənddə olan məscid ermənilər tərəfindən tövlə kimi istifadə olunub. Növbəti dayanacaq yeri erməni vəhşiliyinə məruz qalan Merdinli kəndi olub. Xarabalığa çevrilən yaşayış yeri barəsində qonaqlara məlumat verilib. Qeyd edilib ki, Merdinli kəndi 28 il düşmən tapdağında qalıb və ötən dövr ərzində ermənilər kəndi talan edərək xarabalığa çeviriblər. Həmçinin düşmən bu əraziləri minalayaraq müdafiə zolağı kimi istifadə edib. İşğal illərində kənddə yerləşən evlər sökülərək həmin materiallardan özləri üçün səngər və digər hərbi təyinatlı tikililər yaradıb.

Daha sonra türkiyəli qonaqlar Füzuli rayonu ərazisində olan Köndələnçay su anbarının ərazisinə gəliblər. Onlara ermənilər tərəfindən törədilən ekoloji terror barədə ətraflı məlumat verilib.

Füzuliyə səfər edən nümayəndə heyəti şəhər mərkəzində də olub. Qonaqlar Füzuli şəhər mərkəzində erməni vəhşiliyinə məruz qalan dağıntılarla tanış olublar. Məlumat üçün bildirilib ki, 1993-cü il işğal gününə qədər təkcə şəhərdə 20 minə yaxın əhali yaşayıb. Şəhərdə 5-7 mərtəbəli çoxmənzilli binalar və fərdi yaşayış evləri olub. Həmçinin şəhər mərkəzində redaksiya, teatr binası yerləşib ki, bütün sadalanan tikililər yerlə-yeksan edilib. Hətta Məhəmməd Füzulinin mərkəzdə yerləşən abidəsi tamamilə yox edilib. Səfər zamanı Qarabağ iqtisadi rayonunda aparılan tikinti quruculuq işləri barədə qonaqlara məlumat verilib.

Daha sonra qonaqlar Füzuli Beynəlxalq Hava Limanında olublar. Qarabağ iqtisadi rayonunda daha bir tarixi gün yaşanıb. Füzuli şəhəri və Çorum şəhərinin Qardaşlaşma sənədi imzalanıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyədə ağır qəza: 7 nəfər öldü

Next Post

Əhalinin 80 faizi Xersonu tərk etdi

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Rus hərbçilərin olduğu bina məhv edildi

Əhalinin 80 faizi Xersonu tərk etdi

Sabahın hava proqnozu açıqlandı

Zəfər günü hava necə olacaq?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.