“Bu şəhərdə”nin aktyoru Coşqun Rəhimovun əməliyyatdan sonrakı fotosu yayılıb.
Axar.az xəbər verir ki, “Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov rəsmi Feysbuk səhifəsində Coşqunla fotosunu paylaşaraq məlumat verib:
“Hər şey əladır. Coşqun artıq ayaqüstədir. Rafaellə birlikdə konsertin məşqlərini edirlər”.
Xatırladaq ki, bir müddət öncə Coşqun Rəhimov boğaz nahiyəsindən daha bir əməliyyat keçirmişdi.




