"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Çudo Peçka”da maaş davası

19 Fevral 2016 - 09:30
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Çudo Peçka”da  maaş davası

Mağazalar şəbəkəsi Çingiz Cəlilova qaytarılandan sonra Heydər Babayev işçilərə əvvəlki ayların maaşını ödəmək istəmir

Bu günlərdə “Çudo Peçka” mağazalar şəbəkəsi məhkəmə qərarı ilə şirkətin qurucusu, iş adamı Çingiz Cəlilova qaytarılıb.  Öncə qeyd edək ki, “Çudo Peçka” mağazalar şəbəkəsi 2000-ci ildə Çingiz Cəlilov tərəfindən yaradılıb. Ç.Cəlilov şəbəkəni qurmaq üçün “Bank Standart”dan götürdüyü 2.5 milyon dollar krediti qaytara bilmədiyinə görə kafe-mağazalarda tez-tez yoxlamalar aparılıb, cərimələr tətbiq edilib.
 
Yekun olaraq Ç.Cəlilov kredit borcunu qaytara bilməyib və MMC-yə daxil olan şəbəkələr “Bank Standart”ın girovluğunda qalıb. Bankın səhmlərinin böyük bir hissəsinin isə  sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin olduğu bildirilir. Nəticə olaraq, “Çudo Peçka” da son illərdə Heydər Babayevin biznes şəbəkəsinə aid edilirdi. 
Manatın ikinci devalvasiyasından sonra ölkədə yaranan iqtisadi vəziyyət “Çudo Peçka” mağazalar şəbəkəsinə də təsirsiz ötüşməmişdi. Belə ki, ötən aylarda ard-arda olaraq şəbəkənin metronun “Nəriman Nərimanov” və “Elmlər Akademiyası” yaxınlığında yeni açılan mağazaları bağlanmışdı. Digər mağazalarda isə işçilərin sayında ixtisarlar edilmişdi.
 
“Çudo Peçka”nın köhnə sahibinə qaytarılmasından sonra oradakı mövcud vəziyyəti öyrənmək üçün şəbəkənin paytaxt ərazisində olan kafe-mağazalarında olduq. 
Kafe-mağazaların əməkdaşlarından biri “Yeni Müsavat”a söylədi ki, onlar Çingiz Cəlilovun yenidən şəbəkənin rəhbəri vəzifəsinə qayıtmasına çox sevinirlər. Çünki son günlər kafe-mağazalarda vəziyyət ürəkaçan deyilmiş: “İşçilərin ixtisarından sonra bir adam iki-üç nəfərin yerinə işlədilir. Günün 8 saat yarımını işləyirik. Ancaq maaşımız çox azdır. Az olmağı bir yana, heç vaxtında da verilmir. Hazırda işçilərin qalıq  maaşını kimin verəcəyi köhnə və yeni rəhbərlik arasında müzakirə mövzusudur. Yeni rəhbərlik bildirir ki, işçilərin bu vaxta qədər verilməyən maaşını köhnə rəhbərlik ödəməlidir. Onlar isə ödəmirlər. Hələ ki vəziyyət belədir. Yaxşıya doğru  yeniliklərin olacağına ümid edirik. Ancaq qısa zaman keçdiyi üçün hələ ki hansısa dəyişiklik olmayıb”.
 
Müsahibimiz Çingiz Cəlilovun zamanında onlara xeyli güzəştlərin edildiyini də bildirdi: “Həmin zamanlarda demək olar ki, hər bayram bizə əlavə pul verilirdi. Puldan başqa, rəhbərlik tərəfindən müxtəlif hədiyyələr də alırdıq. İşləmək üçün stimul yaradılırdı. Eyni zamanda o zamanlar ”Çudo Peçka”ya maraq göstərənlərin də sayı çox idi. Müştəri sarıdan korluq çəkmirdik.  Həm də o zamanlar müxtəlif endirim kampaniyaları, aksiyalar və digər bu kimi tədbirləri tez-tez keçirirdik. Son zamanlar isə bunlar olmurdu. Ümid edirik ki, işlər yenidən əvvəlki vəziyyətinə qayıdacaq”.
 
Qeyd edək ki, hazırda bu şəbəkənin “İnşaatçılar”, “İçərişəhər”, “Sahil”, “28 May”, “Nəriman Nərimanov”, “Qara Qarayev”, “Əhmədli”  və “Neftçilər” metro stansiyalarının çıxışlarında da kafe-mağazaları var. 
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıya sulu qar yağacaq

Next Post

“Bu tərbiyəsiz adam hamını bezdirib”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“Bu tərbiyəsiz adam hamını bezdirib”

Rusiyadan 3-cü dünya müharibəsi açıqlaması - Moskva ilk dəfə olaraq Əsədi də hədələdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.