
İŞİD radikal qruplaşmasının yaranması Qərbin Yaxın Şərqdəki avantürizminin nəticəsidir. Musavat.com-un məlumatına görə, bu barədə Wikileaks saytının yaradıcısı Culian Assanj Argentinanın “Pagina 12” nəşrinə müsahibəsində bildirib.
“O avantürizm ki, Liviya cəmiyyətində dağılmalara gətirdi, o avantürizm ki, Suriya toplumunun böyük bir hissəsini dağıtdı. Hazırda Qərbin avantürist hərəkətləri neftə çıxış əldə eləmək üçün, həmçinin digər geosiyasi səbəblərdən İraqı dağıtmaqdadır” – deyib Assanj.
Onun sözlərinə görə, “çoxları Suriyaya silah verildiyi, habelə müharibə sonrası İraqa İranın təsirini azaltmaq üçün sünnilərə kömək göstərildiyi haqda bilir”. Lakin Assanjın iddiasına görə, bu zaman Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə kimi ölkələr bölgədə öz təsirlərini artıra və ABŞ-dan müəyyən müstəqillik qazana biliblər.
“Nəticədə Amerika İsraillə birgə Yaxın Şərqdəki prosesləri müəyyən edən yeganə geosiyasi oyunçu olmaqdan çıxıb” – əlavə edib sayt rəhbəri.



