"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Cümhuriyyətə yeni abidə ucaldılmalıdır”

28 İyun 2022 - 18:55
in MANŞET

Qüdrət Həsənquliyev: “Rəsulzadənin nəşi Ankaradan, Topçubaşovun nəşi Parisdən, Fətəli xan Xoyskinin nəşi Tiflisidən Azərbaycana gətirilsin”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

“Müzakirə olunan məsələ ilə bağlı qeyd eləmək istəyirəm ki, dövlət büdcəsi xərclərinin 32 milyard 333 milyona çatdırılması həqiqətən təqdirəlayiqdir. Allah dövlətimizi qorusun, xalqımızın köməyi olsun və neftin, qazın qiymətini aşağı salmasın ki, biz həm Qarabağımızı bərpa edək, həm də ehtiyacı olan insanların sosial müdafiəsini gücləndirək”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanununa dəyişiklik edilməsi haqqında qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili Azərbaycan Prezidentin Silahlı Qüvvələr Günündə Kəlbəcərə, Laçına səfər etdiyini xatırladıb: “Mən də Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edirəm. Və həqiqətən də biz, orada quruculuq işlərini görəndə ruhən rahatlıq tapırdıq, qürur hissi keçirirdik. Amma onu əlavə eləmək istəyirəm ki, bizim yaşlı insanlar torpaqlarımız azad olunsa da, öz yurdlarına qayıtmadan, oraları yenidən görmədən dünyasını dəyişirlər. Hesab edirəm ki, bərpa ilə əlaqəli xərclər artırılmalıdır. Hər bir bərpa olunacaq yaşayış məntəqəsinə təcili olaraq, yollar, qaz, su, elektrik xətləri çəkilməlidir və imkanlı insanlara da şərait yaradılmalıdır ki, gedib öz dədə-baba yurdlarını bərpa eləsinlər. Bu məqsədlə neft fondundan əlavə olaraq, düşünürəm ki, 2 milyard manat vəsait ayırmaq mümkündür və mən bunu təklif edirəm.
İkinci bir məsələ, vaxtilə mərhum prezident Heydər Əliyev tərəfindən 2003-cü ilin fevralın 1-də Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncam imzalanıb. Həmin sərəncamda qeyd olunur: “1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. Xalqımız həmin tarixi ən əziz bayramlarından biri – Respublika Günü kimi təntənə ilə qeyd edir. Azərbaycanda müstəqil, azad, demokratik respublika qurmaq məqsədini öz qarşısına qoymuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə nümayiş etdirmişdir.
Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər xalqımızın tarixində dərin iz buraxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etsə də, onun aşılamış olduğu müstəqillik hissləri xalqımızın yaddaşından heç vaxt silinməmişdir.
Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır”. Və Cənab Prezident qərara alır ki, Bakı şəhərində Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılsın.
Hörmətli sədr, hörmətli hökumət üzvləri! Mən hesab edirəm ki, bu gün binaların arasında gizlənmiş Xalq Cümhuriyyətinə qoyulmuş abidə, nə Azərbaycan Xalq Cümhuriyyətinə, nə də Azərbaycan dövlətini dağılmaqdan qorumuş, Azərbaycanı dinc inkişaf yoluna keçirmiş Heydər Əliyevin sərəncamına yaraşmır. Ona görə də təklif edirəm ki, büdcədən vəsait ayrılsın. Bizim həm Nəsimi rayonunda, həm Yasamal rayonu ərazisində xarabalıqları bənzədən birmərtəbəli, köhnə üslubda inşa edilən binalar var. 2 hektar torpaq alınsın, Bakıda yeni parkların salınmasına çox böyük ehtiyac var. Yeni bir Cümhuriyyət parkı salınsın və orda da Cümhuriyyətə yeni bir abidə ucaldılsın. Bundan başqa nəzərinizə çatdırım ki, 1982-ci ildə mərhum prezident Heydər Əliyev Hüseyn Cavidin nəşini Azərbaycana gətirdib. Mən təklif edirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin baniləri Məhəmməd Əmin Rəsulzadənin nəşi Ankaradan Bakıya gətirilsin, Fəxri Xiyabanda bizim digər dövlət və ictimai-siyasi xadimlərlə birlikdə dəfn olunsun. Topçubaşovun – Azərbaycan Parlamentinin sədrinin nəşi Parisdən Azərbaycana gətirilsin. O həm də Paris Sülh Konfransında Azərbaycan dövlətinin de-fakto tanınmasında müstəsna rol oynamış bir şəxsdir. Eyni zamanda, Azərbaycanın ilk baş naziri Fətəli xan Xoyskinin də nəşi Tiflisidən Azərbaycana gətirilsin. Yəni biz təkcə abadlığa, quruculuq işlərinə pul xərcləməməliyik həm də mənəviyyatımızın yüksəldilməsi üçün vəsait xərcləməliyik”.
Əli Zülfüqaroğlu

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident bu medalın əsasnaməsini TƏSDİQLƏDİ

Next Post

Putin Rusiyanı tərk etdi – Müharibədən sonra ilk dəfə

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Putin Rusiyanı tərk etdi – Müharibədən sonra ilk dəfə

Putin Rusiyanı tərk etdi - Müharibədən sonra ilk dəfə

Prezidentdən Elman Rüstəmovla bağlı SƏRƏNCAM

Prezidentdən Elman Rüstəmovla bağlı SƏRƏNCAM

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.