Beyləqan rayonunda dəhşətli yanğın hadisəsi baş verib
Ötən gün Beyləqan rayonunda dəhşətli yanğın hadisəsi baş verib.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə 09 radələrində qeydə alınıb.
Rayon sakini Məhərrəm Verdiyevin yaşadığı evdə yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürüldükdən sonra ev sahibinin meyiti tapılıb.
Onun tüstüdən boğulduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
ANS PRESS



