"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dəllək zeynəblərə “GET” deyin…

01 Aprel 2016 - 15:49
in KÖŞƏ YAZILARI

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Dəllək zeynəblərə “GET” deyin...
Azərbaycanda baş verən heç nə adamı təəccübləndirmir daha. Heç qorxutmur da. Olanlara baxa-baxa, susa-susa keyləşirik. Qurumağa mat-qut da qalmır adamda. Cibi soyulan kim, canı boğaza yığan kim…
Hələ mənəviyyətımızı tapdalayan adamları demirik, onlardan da bir cür çəkirik. Sözlə təhqirlərə isə səhər, günorta, axşam etdiyimiz nahara adət elədiyi kimi vərdiş eləyib məmləkət insanı. İndi insanları başqa məsələyə vərdiş və adət eləmək təhlükəsi yaranıb. Buna artıq dözmək zor olacaq, deyəsən. Çünki bu elə bir mərhələdir ki, təkcə bizim yox, bütövlükdə məmləkətin taleyi həmin olaya bağlıdır. Formalaşmaqda olan nəsli alçaltmaq, şəxsiyyətini aşağılamaq kimi hadisələr asta-asta çoxalır. Məktəblərdə uşağın çığnanmasına, söyülməsinə, sinif otaqlarının arendaya verilməsi hallarına başqa ad qoymaq olmaz. Bütün bu “olmazlar” arasında bir də “qətiyyən olmaz” deyiləcək məsələlər də var. Görəsən ilin günün nə baxtıdır  ki, Azərbaycan rayonlarından birində, Tovuzda müəllim şagirdlərin başını kefi istədiyi kimi qırxıb, bərbad hala salır. Ağlıma bir də bir sual gəldi, yaxşı baş qırxıb dəlləklik eləməyi bacaran adamın məktəbdə nə işi var ki?!.. O niyə gedib gözəllik salonlarından birində çalışıb müəllimdən iki-üç qat artıq pul qazanmır görəsən?! Niyə ona kimsə demir ki, “sən yaxşı pedaqoq deyilsən”. Nəyə anladan yoxdur ki, ay  insan, uşaq məktəbə onu təhqir eləməyiniz üçün yox, oxuyub adam olmaq üçün gəlir, adam. Siz onun başını qırxıb, döyüb, təhqir eləyib sonra müəllimlər günündə “dədənə denən mənə pul göndərsin”  söyləyəndə isə təkcə həmin uşağı yox, məktəbi, peşənizdə sizdən parlaq sima olan başqalarını da rəzil edrsiniz, uşaqlı-böyüklü hamının nifrətini qazanırsınız axı. Bir sözlə, niyə bu adamlara “gett!!!!” deyə bilmirik.
Sual da oluna bilər ki, “balam, sizi heç müəlliminiz döyməyib, cəzalandırmayıb?!” Öz adıma danışım. Çox sevdiyim, ölümünü heç vaxt qəbullana bilməyəcəyim tarix müəllimim Seyfi müəllim cəzalandırıb məni. Bəli, kişi pedaqoq idi, bəli, mən də rayonun vəzifəli  kişilərindən birinin qızı idim. Amma kimsə bu olaya etiraz eləmədi. Heç atam da.  Çünki o, cəzanı haqq eləmişdim. Sinfin yaxşı oxuyan şagirdlərindən biri olan mən, dərs kitabımı yuxarı sinifdən olan rəfiqəmə vermişdim ki, yekun imtahana hazırlaşsın. O da o zamanlar çətin tapılan həmin dərsliyimi itirmişdi (bəlkə də sadəcə elə demişdi ki, qaytarmasın-J.M). Hər nə idisə ya zəlzələdən, ya vəlvələdən mən dərs oxumayıb, bircə gün Seyfi müəllimim əvəz edən müəllimə cavab verə bilməmişdim. O da jurnalda mənə “iki” qiymət yazmışdı. Saçımın yolunmasının səbəbi o “iki” idi…
İllər sonra mən oxuyub, kimsə oldum. Amma o qoca müəllim məni hər  görəndə əvvəl saçımı yolduğu yerdən, sonra da alnımdan öpürdü. “Saçını hirsimdən yoldum, sən məni bağışla, qızım” deyirdi düz onun daha həyatda olmadığını eşitdiyim günəcən. Mən də o boyda simanın, şəxsiyyətin, müəllimin qarşısında bircə bunu deyirdim: “Harda eşitsəniz ki, səhv eləmişəm, gəlin yenə məni cəzalandırın”.
 Demək istədiyim odur ki, indi də cazası adama məsləhət kimi gələn müəllimlər var. Amma o “müəllim” ki, əlinə qayçı alıb təhqiramiz formada azyaşlı uşaqların başını zonda qırıxılan kimi qırxıb kifir hala salır, demirəm biz də gedib onun başını qırxaq, amma müəllimləri işə götürən adamlar onların psixoloji durumunu da test etdirsinlər, bir zəhmət.
Qaldı indiki təhsil sistemində belə halların başvermə səbəblərinə və “niyə yeni nazir köhnə iş yerində etdiyi yenilik və dəyişikliklərə təhsil sahəsində nail ola bilmir” suallarına. Deyim, biləsiniz, müşahidə elədiyim qədəri ilə indi təhsil sistemimizin durunu təxminən koma vəziyyətində olan insana bənzəyir. Ya öləcək, ya qalacaq. Qalması bizə sərf eləyən variantdır. O üzdən təhsilin komadan çıxması üçün kiminsə qohumu, kiminsə dostu, əri, bacıoğlusu, qardaşı, əmoğlusu, xalaqızısı və sair kimi qeyri-peşəkarlara, məsələn müəllim yox, dəllək Zeynəblərə “GETTT!!!” demək lazımdır. Qoy bu “GET!!”lər Təhsil Nazirliyində beş-altı ciddi kreslonu laxlatsın. Bir nazirliyi ləğv etdirə bilməyəcəklər ki?!.. Təbii ki, yox. Bax, bunu düşünüb də lazım gəlsə lap “pis adam” olmaq lazımdır…
Yazar : Jalə Mütəllimova
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda avtomobil dayanacağa “girdi”: ölənlər var

Next Post

MC&S-in media monitorinq  qrupu mart ayının hesabatına yekun vurub

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

MC&S-in media monitorinq  qrupu mart ayının hesabatına yekun vurub

AGBank-dan innovativ yanaşma!

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.