Suriya Xarici İşlər Nazirliyi Fələstinə dəstəyini ifadə edib və İsrail işğalının Fələstin xalqına qarşı vəhşi hərəkətlərini pisləyib.
Elchi.az bu barədə Ria.ru-ya istinadən bildirir.
Suriya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir ki, Suriya sionist terrorizmlə mübarizədə fələstinlilərə dəstəyini təsdiqləyir və Fələstinin arzuladığı qələbəni əldə etməyə yaxın olduğunu vurğulayır.
Dəməşq həmçinin qeyd edib ki, Fələstin müqavimət qüvvələrinin cavabı Fələstin xalqının öz torpaqlarında müstəqil dövlət qurmaq haqqını sübut edir. Livanın şiə qruplaşması Hizbullah HƏMAS-ı açıq dəstəkdən çəkinsə də, İsrailə hücumu münasibətilə təbrik edib. Onlar vəziyyəti qiymətləndirdiklərini və HƏMAS rəhbərliyi ilə əlaqə saxladıqlarını bildiriblər.
İran HƏMAS-ın İsrailə qarşı müharibəsinin başlamasını dəstəklədiyini bildirib.
Misir, Türkiyə və Səudiyyə Ərəbistanı hər iki tərəfi təmkinli olmağa çağırıb və Fələstinə açıq dəstək ifadə etməyib. Qətər Xarici İşlər Nazirliyi eskalasiyada İsraili günahlandırıb.
ABŞ, Aİ, Ukrayna, Gürcüstan və digər ölkələr İsrailə dəstək ifadə ediblər. Pentaqon İsrail ordusuna hər cür yardım göstərəcəyini vəd edib.
Rusiya Xarici İşlər Nazirliyi HƏMAS və İsrail arasında müharibənin başlamasını gözlənilməz adlandırıb. Departament rəhbərinin müavini və Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov bildirib ki, Moskva belə hadisələrin baş verəcəyini gözləsəydi, buna imkan verməzdi.
Yeganə





