"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Dəmir ledi”: “Biz SSRİ-ni necə dağıtdıq?” – TARİXİN SİRLƏRİ

25 Yanvar 2016 - 16:15
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

SSRi-nin dağılmasından illər ötsə də hələ də bu böyük ölkənin necə dağılması ətrafında fərziyyələr dolaşır.

SSRİ-nin dağılmasında Qorbaçovu ittiham edənlər, onun hətta buna görə məsuliyyətə cəlb edilməsini təklifini səsləndirənlər də var. Belə bir zamanda hələ 1991-ci ilin noyabrında Böyük Britaniyanın baş naziri Marqaret Tetçerin Hyustondandakı məşhur çıxışı təkrar gündəmə gəlib. zamanı SSRİ-ni necə dağıtmaları barədə maraqlı fikirlər səsləndirib. Məşhur noyabr çıxışında Tetçer rəhbərlik etdiyi ölkənin digər Qərb dövlətləri ilə birlikdə SSRİ-ni necə dağıtmalarından danışırdı. Cəmi bir neçə həftə sonra britaniyalı baş nazirin sehirli çubuğu ilə Belojevsk sazişi imzalandı.

1991-ci il noyabrında neft-kimya mütəxəssislərinin ABŞ-ın Hyuston şəhərinə səfəri oldu. Amerika neft şirkətləri və neft-kimya müəssisələrinin birləşdiyi qurumum yubiley mərasimi keçirilirdi. İclasa fəxri qonaq kimi Marqaret Tetçer də dəvət edilmişdi. Marqaret Tetçer ixtisasca kimyaçı idi, ancaq öz sahəsi üzrə qısa müddət işləmişdi. Tetçer iclasda 45 dəqiqə çıxış etdi, çıxış kifayət qədər siyasi idi. Daha sonra bu çıxış tarixə “Biz SSRİ-ni necə dağıtdıq” başlığı ilə daxil oldu.

Tetçer çox ağıllı, eyni zamanda dəyərləri qoruyan xanım idi. Ona yəqin ki, salonda rusların da olduğuna dair xəbərdarlıq edilmişdi. Ancaq Tetçer çıxışınını mövzusunu dəyişmədi, çünki SSRİ-nin dağılmasında onun da xüsusi rolu vardı.

Tetçerin məşhur çıxışı belə idi: “Sovet İttifaqı Qərb dünyası üçün ciddi təhlükə yaradan ölkədir. Mən hərbi təhlükədən danışmıram. Belə bir təhlükə olmayıb. Bizim ölkələrimiz kifayət qədər yaxşı silahlanıb, o cümlədən də nüvə silahı ilə. Mən iqtisadi sahəni nəzərdə tuturam. Planlı siyasət və özünəməxsus maddi-mənəvi stimulu nəzərdə tuturam. Sovetlər İttifaqı bunlarla özünəməxsus iqtisadi göstəricilər əldə edə bilib. SSRİ-nin böyük təbii ehtiyatları onun inkişafının əsas səbəblərindən biridir. Buna görə də biz hər zaman SSRİ-nin iqtisadiyyatının zəifləməsi və daxili çətinliklərin yaradılması ilə bağlı iş aparırıq. SSRİ silahlanmaya büdəcəsinin 15 fazini sərf edir. Bizim ölkələr isə 5 faiz büdcə vəsaiti xərcləyirlər. Bu, təbii ki SSRİ-nin istisadi durumuna mənfi təsir edirdi. Nəticədə SSRİ xalq istehlakı mallarına müəyyən məhdudiyyətlər tətbiq etməli oldu.Biz SSRİ-də kütləvi etirazlar dalğasıının başlayacağını gözləyirdik. Bizim üsullarımızdan biri də ölkələrimizin silahlanması ilə bağlı məlumatların bilərəkdən şişirdilməsi idi. Bu xəbərlər yayıldıqca SSRİ-i silahlanmaya sərf edilən vəsaiti artırırdı.

Bizim siyəsətimizdə vacib yerlərdən birini də SSRİ Konstitisiyasındakı çatışmazlıqlar tuturdu. Konstitusiya formal olaraq respublikanın SSRİ-nin tərkidindən çıxmasının mümkünlüyünü qəbul edirdi. Ancaq bunu reallaşdırmaq praktiki olaraq mümkün deyildi. Bununla belə konstitusiyadakı bu müddəa bizim siyasətimizdə lazım idi. Bizim bütün cəhdlərimizə baxmayaraq SSRİ-də siyasi durum uzun müddət stabil olaraq qaldı. Siyasətimizin formalaşmasında raket əleyhinə mübarizə sistemini yaradılması rol oynadı. Etiraf etmək lazımdr ki, bir çox ekspertlər bunun əleyhinə çıxırdılar. Bu sistemin həddindən artıq bahalı olacağını düşünürdülər. Ancaq bu sistemi yaratmaqda bir məqsəd vardı. SSRİ-nin də həddindən artıq bahalı olan bu sistemi yaratmağa başlayacağına ümid edirdik. Ancaq təəssüf ki, sovet rəhbərliyi bu barədə qərar qəbul etmədi. Sadəcə siyasi etiraz yolunu seçdi. Bizim üçün daha çətin vəziyyət yarandı. Ancaq tezliklə sover rəhbərinin öləcəyi barədə informasiya aldıq və bu, niyyətimizi həyata keçirmək üçün bizə yaxın adamın rəhbərliyə gətirilməsi şansını yaratdı.

Bu, mənim ekspertlərimin qənaəti idi. Mən həmişə SSRİ üzrə ixitsaslaşmış ekspertlər qrupu ilə işləyirdim. Bu adam Qorbaçov idi. Ekspertlər onu ehtiyatsız, amma doğruluq sevən biri kimi xarkterizə edirdilər. O, Sovetlərin siyasi elitası ilə yaxşı münasibətdə idi. Bizim köməyimzilə onun hakimiyyətə gəlməsi mümkün idi. Xalq Cəbhəsinin fəaliyyəti üçün böyük vəsait tələb olunmurdu. Texnika və funksionerlərin maliyyələşməsi üçün vəsait lazım idi. Ancaq əsas vəsait şaxtaçıların uzunmüddətli tətilinə sərf olundu. Ekspertlər əsasən Xalq Cəbhəsinin lideri kimi Yeltsin ətrafında mübahisə edirdilər. Daha sonra onun Rusiya Ali Sovetinə seçilməsi məsələsi gündəmdə idi. Ekspertlərin əksəriyyəi Yeltsinin namizədliyinin əleyhinə idi. Onun keçmişi və şəxsiyyətinin xaraktrik cizgiləri öyrənilmişdi. Ancaq lazımı əlaqələr yaradıldı və qərar qəbul olundu. Yeltsin böyük çətinliklə Rusiya Ali Sovetinə seçildi. Və dərhal da Rusiyanın suverenliyi haqqında qərar qəbul edildi. Bu SSRİ-nin dağılmasının başlanğıcı idi. 1991-ci ildə avqust hadisələri zamanı Yeltsinə kömək göstərildi. Yaranan vəziyyətdən istifadə edən ittifaq respublikaları öz suverenliklərini elan etdilər. Bəziləri bunu özünəməxsus şəkildə edirdi. SSRİ-nin tərkibindən çıxmayaraq suvernliyini elan edirlər.De fakti SSRİ dağılır, de-yure SSRİ mövcuddur. Sizi əmin edirəm ki, yaxın aylarda siz SSRİ-nin dağılmasının hüquqi cəhətdən də rəsmiləşdirildiyini eşidəcəksiniz”.

Bu çıxışı dinləyənlərdən biri olduğunu deyən S.Pavlov həmin günü belə xatırlayır: “Tetçer alqış sədaları altında tribunadan düşdü, zalla addımladı və ona uzanan əlləri sıxdı. Biz Rusiyaya qayıtdıq. Cəmi 2 həftə sonra Belejovski sazişi haqqında eşitdik. Arxası məlumdur”.

– See more at: http://www.cebhe.info/oxu/11468/#sthash.iduVpmlY.dpuf

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Elmar Vəliyev özünə zirehli maşın alıb – 500 min dollara!

Next Post

Yol polisindən şikayət: Əvvəl maşını, sonra sənədləri girov saxlayıblar – FOTO

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Yol polisindən şikayət: Əvvəl maşını, sonra sənədləri girov saxlayıblar - FOTO

Nazirlikdən `donuz qripi` açıqlaması: Diqqətli olun

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.