Danimarka tankerinin göyərtəsində 16 ekipaj üzvü var.
Elchi.az xəbər verir ki, Monjasa şirkətinə məxsus Danimarka tankeri Qvineya körfəzində dəniz quldurlarının hücumuna məruz qalıb. Gəminin göyərtəsində 16 ekipaj üzvü olub. Bu barədə Reuters xəbər verir.
Məlumdur ki, dəniz quldurları Monjasa Reformer tankerinə minərək gəmini ələ keçiriblər, bundan sonra onunla əlaqə kəsilib. Bütün ekipaj üzvləri anbarın uzaq hissəsinə sığınıblar, ilkin məlumatlara görə, hazırda təhlükəsizdirlər.
Tanker ən azı iki gündür əlaqə saxlamayıb – o, 2023-cü il martın 25-də Konqo Respublikasının Pointe Noire limanından 225 kilometr aralıda ələ keçirilib. Liberiya bayrağı altında üzən gəmi kimyəvi maddələr və neft daşıyır. Tankeri idarə edən şirkət hadisə barədə Britaniya və Fransa donanması tərəfindən idarə olunan dəniz əməkdaşlıq mərkəzinə məlumat verib.
Şayəstə





