Ötən gün axşam saatlarında Rusiya Federasiyasının tərkibində olan Dağıstan Muxtar Respublikasında yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyi 30 nəfərin öldüyünü, 105 nəfərin yaralandığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Dağıstan Muxtar Respublikasının prezidenti Sergey Melikov bəyan edib ki, ötən gecə Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində xəsarət alanların müalicəsi davam edir.
Partlayışdan sonra Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) onlarla yanğınsöndürən əməkdaşı bölgəyə göndərilib. FHN yanğının söndürüldüyünü açıqlayıb
Açıqlamada FHN əməkdaşlarının partlayış nəticəsində əmələ gələn dağıntılar üzərində işləri davam etdirdiyi, can itkisinin 30, yaralıların sayının isə 105 olduğu bildirilib.
Dağıstan İstintaq Komitəsi də hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.
Şayəstə Hüseynova




