
Dağıstanın Kizilyurt rayonunda bir qrup silahlıya qarşı əməliyyat keçirilir.
Avropa.info xəbər verir ki, rayon ərazisində müəyyən sayda silahlı şəxsi gizləndiyi blindaj aşkarlandıqdan sonra əməliyyat keçirmək qərarı verilib. Hadisə yeri mühasirəyə alınıb, əlavə qüvvələr gətirilib.
Lakin silahlı şəxslərə təslim olmaqdan təklif edilsə də, danışıqlardan imtina edilib. Atışma başlayıb. Hal-hazırda hadisə yerində əməliyyat gedir.



