"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Dağlıq Qarabağda ümidsizlik atmosferi hökm sürür”

04 Mart 2015 - 09:44
in XƏBƏR LENTİ

 “Dağlıq Qarabağda ümidsizlik atmosferi hökm sürür”

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Spiegel” jurnalının sabiq əməkdaşı separatçı bölgədə olub; Xocalıya da baş çəkən alman politoloq: “Burada heç bir iqtisadi inkişaf yoxdur…”

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli qeyri-müəyyən müddətə qalıb. Onsuz da ATƏT-in Minsk Qrupu çərçivəsində problemin dinc və ədalətli həllinə yönəlik ortaq və sanballı təkliflər yox idi, bu yandan da Qərb-Rusiya münasibətlərinin yeni “soyuq savaş” dövrünə girməsi olan-qalan ümidlərin də üstündən xətt çəkdi.

Problemin ədalətli həlli isə ilk öncə ona ədalətli, yəni beynəlxalq hüququn norma-prinsipləri və BMT Nizamnaməsi prizmasından, Qarabağa dair BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin mahiyyətindən, habelə Avropa Şurasının, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının Ermənistanı işğalçı adlandıran qətnamələrinin məntiqindən baxmağı diktə edir. 
Başqa sözlə, işğalçı öz adı ilə çağırılmayınca, Azərbaycan daimi və ədalətli sülhə ümid etməyə bilər. Əfsuslar olsun ki, sadalanan sənəd-qətnamələrə, BMT nizamnaməsinə rəğmən, Minsk Qrupunun 3 həmsədr ölkəsi – ABŞ, Rusiya və Fransa heç vaxt təcavüzkarı barmaqla göstərməyib. Onlardan biri (Rusiya) hətta özü ikiqat təcavüzkar statusunda, digər ikisi isə ərazi bütövlüyümüzə münasibətdə ikili standart mövqeyindədir.
Yəni əslinə qalanda Rusiya ilə Qərb arasında Ukrayna üstündə ədavət olmasaydı da, bizim üçün Qarabağ məsələsində ümidverici bir şey olmayacaqdı. Necə ki, həqiqətən yox idi də. Nə yazıq ki, Minsk Qrupu həmsədrliyi bütünlüklə ermənipərəst və yaxud erməniyə gizli rəğbəti olan dövlətlərdən ibarətdir.
Keşkə, zamanında rəsmi Bakı həmsədrlikdə Fransanın yerinə Türkiyənin, yaxud ərazi bütövlüyümüzü daima birmənalı şəkildə dəstəkləyən və Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi sayan Almaniyanın gətirilməsinə nail olaydı. İndi bu yöndə müzakirələr təzədən gündəmə gəlsə də, bir az gecikmiş kimi görünür. Çünki Ermənistanın və onun yiyəsi Rusiyanın buna razılıq verməsi asan olmayacaq. Vasitəçilikdə isə münaqişə tərəflərinin hamısının razılığı tələb olunur.
***
Almaniyadan söz düşmüşkən, bu yaxınlarda ölkənin nüfuzlu nəşrlərindən olan “Der Spiegel” jurnalının keçmiş əməkdaşı, politoloq və publisist Rixard Kissler Güney Qafqazda sabitlik və təhlükəsizlik mövzusunda keçirilən simpoziumda çıxışı zamanı Dağlıq Qarabağa etdiyi səfərin təəssüratlarından da danışıb.
Politoloq erməni işğalçı qüvvələri tərəfindən viran qoyulmuş, Azərbaycan xalqına qarşı soyqırımın törədildiyi Xocalı şəhərinə də baş çəkib: “Mən bu şəhərdə, Xocalıda oldum… Yalnız onu deyə bilərəm ki, bu, olduqca qəmli, ürək ağrıdan mənzərə idi. Hər yerdə dağıntıların izləri görünürdü. Ara-sıra bura köç eləmiş ermənilərə də rast gəlmək mümkündür. Mənim onlardan bəzilərinə Xocalı faciəsi haqda sual vermək imkanım da oldu”.
Politoloqun sözlərinə görə, ermənilər ona Xocalı məsələsi haqda ya eşitmək, bilmək belə istəmədiklərini söyləyiblər ya da böyük həvəslə deyiblər ki, guya “azərbaycanlıları elə Azərbaycan ordusunun özü qırıb-çatıb”. “Bununla da onlar real tarixi həqiqəti bütünlüklə təhrif edirdilər” – bildirir alman analitik.
Publisist daha sonra deyib: “Əgər bir az da qabağa – Şuşaya getsək, orada unudulmuş məscidi, dağıntılar içində kitabxanaları görə bilərsiniz. Bütövlükdə Dağlıq Qarabağda mən heç bir pozitiv iqtisadi inkişaf görmədim. Ora heç kim sərmayə qoymur: ermənilərin buna pulları yoxdur. Rusiya da bu məsələyə qarışmır. Dağlıq Qarabağ – gözəl bölgədir. Və mənə, bir alman olaraq o, öz landşaftları ilə Şvartsvaldı xatırlatdı. Ancaq orada ümidsizlik atmosferi hökm sürür”.  
***
Alman politoloqun söylədikləri bir daha erməni tərəfinin Dağlıq Qarabağda guya “müasir, demokratik dövlət” qurulduğu haqda yalan və nağıllarını puç edir. Eyni zamanda Xocalı soyqırımı ilə bağlı düşmən təbliğatının artıq dünyada yerimədiyini, dişsiz olduğunu ortaya qoyur. Nəhayət, dağıdıcı erməni separatizminin bölgə ermənilərinə səfalətdən və zəlalətdən savayı heç nə gətirmədiyini əyani sübut edir.
Bu məntiqlə ermənilər çoxdan separatçılığın, blokada vəziyyətinin son dərəcə ağır nəticələrindən məyus olub da, Azərbaycanla, Türkiyə ilə dil tapmağa çalışmalı idilər. Lakin belə bir şey yoxdur, görünmür. Ermənistanın özü sürətlə boşalsa da, səfalət, işsizlik əlindən iş qabiliyyətli olan-qalan əhalinin başqa ölkələrə (o cümlədən, nə qədər qəribə də olsa, Türkiyəyə də) axını davam eləsə də, rəsmi İrəvan destruktiv mövqeyindən əl çəkmək istəmir.
Səbəb erməni boynuna almasa da, bəllidir – Ermənistanın məsələdə müstəqil söz sahibi olmaması, Rusiyanın əlində alət rolunda çıxış eləməsi, Rusiyanın isə problemin həllini istəməməsi və Kremlin Qarabağ ixtilafı hesabına Azərbaycanla Ermənistanı uğurlu şəkildə öz nəzarətində saxlamaq siyasəti.
İkinci mühüm səbəb əlbəttə ki, böyük güclərin, o sırada vasitəçi dövlətlərin Dağlıq Qarabağ münaqişəsinə yanaşmada yürütdükləri ikili standart siyasətidir. Bu siyasət, həmçinin Moskvanın məsələdən müstəsna olaraq öz maraqları naminə yararlanmaq niyyəti pozitiv dəyişikliyə məruz qalmayınca, problem yerindən tərpənməyəcək. Deməli, regionda böyük müharibənin alovlanması təhlükəsi də aktuallığını itirməyəcək.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Azərbaycan” Obamanı çox sərt tənqid etdi

Next Post

Azərbaycan manatı avro və dollara nisbətən möhkəmlənib

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azərbaycan manatı avro və dollara nisbətən möhkəmlənib

Ərdoğanın təyyarəsi gecə havada qaldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.