"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Daha 3 idmançımız finalda

14 İyun 2015 - 21:50
in İDMAN

İyunun 14-də Mingəçevir şəhərində “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində avarçəkmə üzrə yarışlar başlayıb.

Bunu da oxuyun

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

 

AZƏRTAC xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışların ilk günündə atletlər kayak və kanoe qayıqlarında mübarizə aparıblar. Kür çayında yarış zamanı 9 atlet eyni zamanda qüvvəsini sınaya bilir. Avarçəkmə yarışları kişilər arasında 200, 1000 və 5000, qadınlar arasında isə 200, 500 və 5000 metr məsafələrdə keçirilib. Yarış sahəsinin uzunluğu 1000, dərinliyi isə 10 metrdən çoxdur. Birinci Avropa Oyunlarında qitənin ən güclü idmançıları iştirak edirlər. Yarışlarda 37 ölkədən 300 kişi və qadın idmançı iştirak etmək üçün Mingəçevirə gəlib. Avropanın məşhur avarçəkənlərindən 40 nəfəri Olimpiya Oyunlarının mükafatçılarıdır ki, onlardan 20-si qızıl medal sahibidir. Bu mötəbər yarışda Azərbaycan 7 atletlə (6 kişi və bir qadın) təmsil olunur. Kayak və kanoe yarışlarında Sergey Bezuqlıy, Valentin Demyanenko, Mirnazim Cavadov, Aleksey Kupin, Taras Matviyçuk, Tamerlan Mustafayev, İnna Osipenko-Radomska mükafatlar uğrunda mübarizə aparırlar.

Avarçəkmə yarışları kişi kanoeçilərin 1000 metr məsafəyə ilkin yürüşləri ilə başlayıb. Əvvəlcə 14 idmançı iki yürüşdə qüvvəsini sınayıb. Azərbaycanı təmsil edən Taras Matviyçuk ilk yeddilikdə start xəttinə çıxıb. O, 1000 metr məsafəni 4 dəqiqə 4.220 saniyəyə qət edib. Finiş xəttini dördüncü keçən idmançımız növbəti mərhələyə yüksəlib. Kanoeçimiz növbəti mərhələdə 3.48.1505 göstərici ilə ilk üçlüyə düşə bilmədiyindən mübarizəni dayandırıb.

Kişilərin 1000 metr məsafəyə kayak yarışlarının ilkin mərhələsində isə 31 idmançı qüvvəsini sınayıb. Bu mərhələdə dörd yürüş keçirilib. Təmsilçimiz Tamerlan Mustafayev birinci yürüşdə səkkizinci zolaqda mübarizə aparıb. O, həmin məsafəni 3 dəqiqə 58.144 saniyəyə qət edib. Təmsilçimiz yürüşü 8 idmançı arasında 8-ci başa vuraraq yarımfinala yüksələ bilməyib.

Kişilərin ikinəfərlik kanoelərdə 1000 metr məsafəyə yarışında 10 cütlük çıxış edib. Təmsilçilərimiz Sergey Bezuqlıy və Aleksey Kupin ikinci yürüşdə 7-ci zolaqda mübarizə aparıblar. Məsafəni 3 dəqiqə 46.744 saniyəyə qət edən idmançılarımız 5 cütlük arasında sonuncu olsa da, yarımfinala yüksələ biliblər. Sergey Bezuqlıy və Aleksey Kupin bu mərhələdə də uğurla çıxış edib. Onlar həmin məsafəni 3.29.4892 göstərici ilə başa vuraraq finala vəsiqə qazanıblar. Kanoeçilərimiz sabah saat 10:50-də keçiriləcək həlledici yürüşdə çıxış edəcəklər. Təmsilçilərimiz 9 cütlüyün yarışında 1-ci zolaqda mübarizə aparacaqlar.

Yığma komandamızın daha bir üzvü İnna Osipenko-Radomska qadınların kayak yarışında uğurla çıxış edib. O, birinci mərhələdə 500 metr məsafəni 1 dəqiqə 51.224 saniyəyə qət edərək finiş xəttinə ikinci çatıb. İnna Osipenko-Radomska yarımfinalda ikinci yürüşdə beşinci zolaqda mübarizə aparıb. O, yarışın yarımfinalında 500 metr məsafəni 1:48.132 göstərici ilə qət edərək finala vəsiqə qazanıb. İdmançımız iyunun 15-də finalda Portuqaliya, Serbiya, Belarus, Polşa, Macarıstan, Böyük Britaniya, Avstriya və Sloveniya avarçəkənləri ilə mübarizə aparacaq.

İyunun 15-də kişilər kayak qayıqlarında 1000, kanoe üzrə 1000, qadınlar isə kayak üzrə 500 metr məsafələri qət etmək uğrunda yarışacaqlar.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Güləşçimiz çempion oldu – 6 qızıl medal

Next Post

Ən qiymətli qızıl medal!

Bənzər yazılar

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

06 May 2024 - 21:27

Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az  xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

06 May 2024 - 15:40

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib. Elchi.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma...

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

06 May 2024 - 14:46

Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib. Elchi.az xəbər verir ki, “AHF Arena”da keçirilən turun mərkəzi oyununda “Azəryol”la “Kür” üz-üzə...

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

06 May 2024 - 11:03

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Elchi.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər...

Next Post

Ən qiymətli qızıl medal!

CAR: məhkəmə Sudan prezidentinə Cənubi Afrikadan çıxmağı qadağan edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.