ANS PRESS-in məlumatına görə, bu haqda Moskva ərazisinin hüquq-mühafizə orqanları bildirib.
“Moskva regionunun cinayətkar qruplaşmalarından birinin aktiv iştirakçısı bu gün axşam dostları ilə hamamdan çıxarkən güllələnib. Cinayətkar hadisə yerindən avtomobillə qaçaraq gizlənib”, — polis nümayəndəsi bildirib.
Ölən şəxsin kimliyi hələlik açıqlanmır.
Hazırda hadisə yerində operativ-istintaq qrupu işləyir.




