Daha bir boksçumuz yarımfinalda

>

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində boks yarışlarında Azərbaycan millisinin üzvü Tayfur Əliyev (56 kq) ilk döyüşünə çıxıb.

Bunu da oxuyun

Azərbaycan Boks Federasiyasından Elchi.az-a verilən məlumata görə, 20 yaşlı idmançının debütü 1/4 final mərhələsinə təsadüf edib. O, Avropa Oyunlarının mükafatçısı Taoufik Kaçfi (Mərakeş) ilə qarşılaşıb.

Döyüş vaxtından əvvəl təmsilçimizin xeyrinə başa çatıb. T.Əliyev I raundda rəqibinin qaşını partladığı üçün texniki qələbə qazanıb.

Boksçumuz mayın 17-də baş tutacaq yarımfinalda özbəkistanlı Abdulxay Şaraxmatovla qarşılaşacaq.

Qeyd edək ki, T.Əliyevədək Cavid Çələbiyev (60 kq) və Teymur Məmmədov (91 kq) da 1/2 finala vəsiqə qazanıblar.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728