İraqın paytaxtı Bağdad yaxınlığında güclü partlayış baş verib.
Partlayış nəticəsində 25 nəfər ölüb. lkin ehtimala görə, partlayış terrorçu-kamikadze tərəfindən törədilib.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
***
İraqın paytaxtı Bağdaddan 40 kilometr cənubda yerləşən İsgəndəriyyə kəndində baş verən partlayış nəticəsində azı 45 nəfər ölüb, 80 nəfər isə yaralanıb.
Partlayış futbol matçından sonra keçirilən mükafatlandırma mərasimində terrorçu-kamikadze tərəfindən törədilib.
Partlayışa görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.




