"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Daha bir müəssisənin fəaliyyəti məhdudlaşdırıldı – Video

17 Oktyabr 2022 - 11:42
in HADİSƏ

Bakıda daha bir müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Bu barədə Elchi.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanğından mühafizə fəaliyyəti sahəsində müvafiq lisenziya almış müəssisələrdə lisenziyanın şərtlərinə riayət olunması, həmçinin müəssisələrin gördüyü işlər və göstərdiyi xidmətlərlə bağlı mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir.

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış planlı yoxlama zamanı “Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası” fəaliyyət növü üzrə lisenziyaya malik Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2096-cı məhəllə ünvanında yerləşən Lider Yanğın MMC-də ilkin yanğınsöndürmə vasitəsi olan yanğınsöndürən balonların doldurulması və ya tərkibinin yenilənməsində istifadə olunan quru kimyəvi toz maddələrdən götürülmüş nümunələr FHn-in Yanğınların Tədqiqatı və Sınaq Laboratoriyasında laborator müayinələrdən keçirilib.

Laboratoriya sınaqlarının nəticəsində məlum olub ki, sözügedən maddələrin kimyəvi tərkibi normativ tələblərə cavab vermir və yanğınların söndürülməsində yararsız olmaqla yanaşı insan həyatı və sağlamlığı üçün təhlükəlidir.

Qeyd edək ki, baş verə biləcək yanğınların söndürülməsi zamanı kimyəvi tərkibi norma və standartların tələblərinə cavab verməyən maddələrlə doldurulmuş və ya belə maddələrlə tərkibi yenilənmiş yanğınsöndürmə balonlarından istifadə insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaradır.

Qeyd olunanları nəzərə alaraq, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu bəndini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsini, eləcə də “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndinin tələblərini rəhbər tutaraq, lisenziya üzrə fəaliyyət sahəsində ciddi qanun pozuntusuna yol vermiş Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2096-cı məhəllə ünvanında yerləşən “Lider Yanğın” MMC-nin yanğınsöndürmə balonlarının doldurulması və ya tərkibinin yenilənməsi üzrə fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və aşkar olunmuş pozuntuya hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə hüquq mühafizə orqanına müraciət olunub.

Bununla yanaşı, sözügedən məsələ ilə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü bəndinə əsasən, fəaliyyət növünün həyata keçirilməsi zamanı “Lider Yanğın” MMC tərəfindən Azərbaycan Respublikası qanunlarının tələblərinə və lisenziyanın şərtlərinə riayət edilməməsi hallarının aşkar olunması səbəbindən lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana əsaslandırılmış təqdimat göndərilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti bu sahədə pozuntuların aşkar olunması və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Avropada qazın qiyməti aşağı düşdü

Next Post

Əhalinin sayı açıqlandı

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post
Azərbaycan əhalisinin sayı açıqlandı

Əhalinin sayı açıqlandı

Ankara İrəvanla futbol diplomatiyasına qayıdır? – Kılıç

Ankara İrəvanla futbol diplomatiyasına qayıdır? - Kılıç

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.