Publika.az xəbər verir ki, Komor Adaları İttifaqı Respublikası İranla diplomatik münasibətlərin dayandırılmasına dair qərar verib. Müvafiq qərar Komor Adaları hökumətinin iclasında qəbul olunub.
Bundan əvvəl isə Komor Adaları Respublikası Səudiyyə Ərəbistanı ilə həmrəylik nümayiş etdirərək İrandakı səfirini geri çağırıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı yanvarın 3-dən İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub.
Səudiyyə Ərəbistanı, Bəhreyn, Sudan, Cibuti və Somalidən sonra daha bir ölkə İranla diplomatik əlaqələrini kəsib.