Rumıniyalı müxalifətçi senator Diana Soshoaca səfər edən Vladimir Zelenskini əraziləri qaytarmağa çağırıb. Elchi.az xəbər verir ki, onun “Facebook” səhifəsində dövlət başçısına müraciəti ilə bağlı video yayımlanıb.
Siyasətçi Zelenskidən onunla Ukraynadakı Rumıniya haqqında danışmaq istəyib-istəmədiyini soruşdu. “Baxın, bu Rumıniyanın xəritəsidir, lütfən, Ukraynadakı rumınlarımıza hörmət edin, ərazilərimizi geri verin, rumınlara və onların dillərinə hörmət edin”, – deyə Şoşuk tələb edib.
Qeyd edək ki, Zelenski oktyabrın 10-da Rumıniyaya gəlib. O, Rumıniya Prezidenti Klaus İohannis ilə görüş keçirib.
Havar Şəfiyeva






